“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

İki ölkə liderinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün Azərbaycan-Belarus münasibətləri sürətlə inkişaf edir. Bu baxımdan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə son səfəri xüsusi əhəmiyyət daşıyır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri çərçivəsində vacib olan bir sıra məsələlər geniş müzakirə olunub. Qarşılıqlı fəaliyyətin perspektivləri barədə söhbət edilib. Xüsusən də sənaye və kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Müzakirə olunan məsələlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə töhfə verəcəyi şübhəsizdir”.

 

Deputat qeyd edib ki, Belarus ilə Azərbaycan arasında geniş əməkdaşlıq əlaqələri mövcuddur.

 

“Gələcəkdə iki ölkənin əməkdaşlığının yeni istiqamətlərini görəcəyik. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasında da Belarus şirkətlərinin, müəssisələrinin fəal iştirakı gözlənilir. Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri, bu ərazilərin bərpasında Belarus Respublikasının da iştirak etmək istəyi də bundan xəbər verir. Bu, eyni zamanda, əlqələrimizin inkişafına da mühüm töhfə verəcək addımlardan biridir. Dövlət başçılarının geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə təkan verəcək. Hər iki ölkə bu münasibətlərin inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səy göstərəcəklər. Səfərin nəticələri yaxın zamanda münasibətlərimizin inkişafına öz töhfəsini verəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...

Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.   Sfera.az APA-ya istinadla xəbər veri...

ABŞ təyyarəsi Bakıya təcili eniş etdi

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

“İran üçün heç kim vuruşmayacaq” - Ekspert

İran və İsrail arasında baş verən hərbi toqquşmaya ABŞ-nin də qoşulması üçüncü dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Müxtəlif siyasətçilər, o cüm...