Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

Yağıntılı hava şəraiti ilə bağlı Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

Qeyd olunub ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR