"Eurovision"a göndərdiyimiz Diana kimdir? - FOTOLAR+VİDEO

Xəbər verdiyimiz kimi, bu gün "Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

"Qafqazinfo” xəbər verir ki, iclasda münsiflər heyətinin qərarı ilə müsabiqədə Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.

Bəs "Dihaj” qrupunun solisti Diana Hacıyeva kimdir?

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olur.

"Xor dirijorluğu" peşəsinə yiyələnir. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində və "Bəri bax" qrupunda çalışır. Burada Elnur Hüseynov və digərləri ilə birlikdə çalışır.

2010-cu ildə Diana Hacıyeva "Eurovision”da Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda çıxış etməyə başlayıb. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayıb və qrupda 4-üncü yeri tutub.

Gənc müğənni 2009-cu ildə "Radio & Video" rok-qrupunun gitaristi Əli Nəsirovla ailə həyatı qurub. Onların 2014-cü ilin noyabr ayında qız övladları dünyaya gəlib.

Sənətçi bu nikahdan öncə də ailə həyatı qurub və boşanıb. 












OXŞAR XƏBƏRLƏR

İstanbulda iki metrobus toqquşdu: ölü və yaralılar var

İstanbulun Bəylikdüzü rayonunda iki metrobus toqquşub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.   Məlumata görə...

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...