Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Cəmiyyət
21:10 / 14.05.2024
3591
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.