Rasim Balayevdən maaşlarla bağlı Baş nazirə MÜRACİƏT: "Xahiş edirəm..."

Rasim Balayevdən maaşlarla bağlı Baş nazirə MÜRACİƏT:

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev “Kinematoqrafiya haqqında” qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir ki, Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında apardığı yoxlamalarda əsas iradlardan biri müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olmasıdır.
 

Son iki ildə kino istehsalının durğunluğuna da diqqət ayıran AKİ sədri məktubunda qeyd edir:

 

“1997-ci ildən sonra minimal əməkhaqqı dəfələrlə artıb, hətta 2016-cı ildən ölkəmiz uğurla yeni manata keçib, işçi əməyinin keyfiyyəti və dəyəri yüksəlib. Qeyd edim ki, adıçəkilən qərardan 27 il keçməsi səbəbindən kino sahəsində yeni peşələr də əmələ gəlib ki, onların qonorarlarının məbləğini bu qərar ehtiva etmir. 2023-cü ildə Palatanın apardığı yoxlamanın nəticələri AR prokurorluğuna göndərilib. Prokurorluq orqanları da aparılan yoxlamaya əsasən qonorarların 1997-ci ildə qəbul edilmiş qərara əsasən verilməməsini, məbləğindən asılı olaraq artıq sərfiyyat və ya mənimsəmə kimi şərh edir. Qeyd edim ki, iki ildir dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, dövlət sifarişi ilə film çəkilişləri dayandırılıb.

 

1997-ci ildə qəbul edilən qərara çəkiliş heyətinin məvaciblərinin miqdarı da daxildir və qərarın tarixini nəzərə alsaq, oradakı məbləğlərin indi qəbul edilmiş minimal əməkhaqqından az olması heç də qəribə deyil. Bu hal da istehsalı reallaşdıran studiyaları, Əmək Məcəlləsini pozmamağa, amma, 38 nömrəli qərarın bəndini pozmağa məcbur edir və nəticə olaraq Hesablama Palatası iradlarını bildirir. Xahiş edirəm, adıçəkilən qərarın dövlət sifarişi ilə film istehsalının bərpa olunmasına ciddi maneə yaratması səbəbindən aidiyyəti şöbələrə qərarın zamanın tələblərinə uyğunlaşdırılması göstərişini verəsiniz”.

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...