Kəlbəcərə dolu düşdü - FAKTİKİ HAVA

Kəlbəcərə dolu düşdü - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

 

Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

 

Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm, Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda 10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız, Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir, Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı, Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir, Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 16 mm-dək olub.

 

Mayın 7-də saat 15:30-15:53 radələrində Kəlbəcər rayonunun cənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

 

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.


OXŞAR XƏBƏRLƏR

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...

Növbəti 3 ay üçün əhaliyə XƏBƏRDARLIQ

Yay gəldi və təbiət öz rəngarəngliyi, günəşli günləri ilə bizi enerji ilə doldurmağa başladı! Lakin bu isti mövsüm təkcə dincəlmək, səyahət etmək üçün deyil, ey...