Xaçmazda 17 yaşlı qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA

Xaçmazda 17 yaşlı qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

 

“Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Ailə həyatı qurmayıblar”.

 

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.

 

Asya


OXŞAR XƏBƏRLƏR