"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır.

 

Bu barədə Sfera.az-a Bakı Dövlət Sirkindən məlumat verilib.

 

Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyyə məqsədilə, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunacaq.

 

Bu sirk proqramında tamaşaçılar Monte-Karlonun beynəlxalq sirk festivalın artistlərinin sayəsində sehr dünyasına qərq olacaqlar. Akrobatların, hava gimnastlarının və hoqqabazların fantastik hərəkətləri, klounların gülməli tamaşaları, dünyanı fəth edən Qarabağ atları və igidləri hamını heyran edəcək. 

 

Möhtəşəm şou izləmək üçün bu unikal şansı qaçırmayın. Özünüzə və yaxınlarınıza unudulmaz anlar bəxş edin.

 

Biletləri şəhərin bütün kassalarından və ya onlayn iticket.az saytından əldə edə bilərsiniz.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR