"Erkən nikahla bağlı maarifləndirmə işləri vacibdir" - Hicran Hüseynova

 ““İnformasiya cəmiyyəti” termininin müasir sivilizasiyanın izahı üçün istifadə olunması təsadüfi deyil”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

 

Komitə sədri bildirib ki, uşaqların hüquqları ilə bağlı qanunlar müntəzəm olaraq təkmilləşir, amma hələ də həllini gözləyən məsələlər var.

 

Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən millət vəkili qeyd edib ki, ailə münasibətləri, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində media ilə səmərəli iş mexanizmlərinin qurulması müvafiq proseslərə ictimai nəzarətin gücləndirilməsinə, daha effektiv nəticələrin əldə olunmasına, nümunəvi davranış modellərinin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilər.

 

Firuzə Əliyeva

Foto:Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR