Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Sağlıq
10:35 / 02.05.2024
5342
Apreldə 118 nəfər zəhərlənib.
Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, toksikologiya şöbəsinə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənib.
Bildirilib ki, həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
“Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb”, - məlumatda vurğulanıb.
Günay