Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması əsas vəzifələrdən biridir

Hər bir vətəndaş ictimai və dövlət maraqlarının qorunması məsələlərində mütləq şəkildə toplumun, dövlətin gələcəyini düşünməlidir. Xüsusilə hazırda bölgədə vəziyyətin gərgin olduğu dövrdə bu, kifayət qədər əhəmiyyətli məsələdir desək, yanılmarıq.
Sfera.az bildirir ki, ictimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir.
Ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət də bu maraqların müdafiəsini təmin edir. Bu istiqamətdə həm də vətəndaşların üzərinə mühüm vəzifələr düşür. Hər bir şəxs siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Dövlət maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparmalıdır və aparır da...
Qeyd etmək yerinə düşər ki, xalqımızın istər müstəqilliyimizin qazanılmasına göstərdiyi iradə, istər işğal illərində torpaqlarımızın qorunması yolunda apardığı fəaliyyət, istərsə də 44 günlük Vətən Müharibəsi zamanı nümayiş etdirdiyi birlik, əzmkarlıq bunun sübutudur.
Biz xüsusilə İkinci Qarabağ savaşı zamanı Vətənin mənafeyini, dövlət maraqlarını necə qorumaq lazımdır, onu dünyaya göstərdik, bir yumruq altında birləşdik. Yəni, milli həmrəyliyimiz həm də ictimai və dövlət maraqlarının qorunmasında birinci dərəcəli əhəmiyyət daşıyır.
Qeyd edək ki, ölkəmizdə ictimai və dövlət maraqlarının mükəmməl vəhdəti Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Təsadüfi deyil ki, bizim üçün ictimai və dövlət maraqlarının müdafiəsi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin olaraq qəbul edilir.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də ölkəmizdə ictimai və dövlət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verir və diqqət ayırır. Məhz bunun sayəsində Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi dünya tərəfindən də qəbul olunur.
Bu gün isə ölkəmizin Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyini uğurlu nümunə kimi göstərmək mümkündür.
Görülən işlər, təbii ki, xalqımızın da ümumi maraqlarının, ictimai və dövlət maraqlarının təmin edilməsi, qorunması üçün atılan addımlardır.
Nəticə olaraq, Azərbaycanda ictimai və dövlət maraqlarının həssaslıqla qorunduğunu, daim diqqət mərkəzində olduğunu deyə bilərik.
Türkan
Mövzu : 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.