Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

İnsanların əksəriyyəti psixoloq, psixiatr və psixoterapevt anlayışlarını qarışdırır.

 

Bəs onları birbirindən necə fərqləndirmək olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixiatr Orxan Fərəcli bildirib ki, bunlar bir-birindən tamamən fərqli anlayışlardır.

 

“Psixiatr və nevroloqlar həkimdirlər. Onlar baza tibbi təhsili verən müəssisələrdən məzun olurlar və ixtisaslaşmaq üçün rezidentura təlimi alırlar. Əgər pasientdə gözlə görülə bilən bir dəyişiklik yoxdursa, onunla psixiatr məşğul olur. Yox əgər pasient insult keçiribsə, çox kəskin baş ağrıları varsa, bununla artıq nevroloqlar məşğul olur. Adətən, psixiatr deyəndə ilk ağlımıza gələn “dəli həkimləri” anlayışıdır. İnsanlar düşünür ki, psixiatrlar yanlız ağır ruhi ploblemləri olan insanlarla məşğul olur. Şizofreniya, psixopatiya və şəxsiyyət pozuntuları kimi xəstəliklər də psixiatrın peşə sahəsində daxildir. Eyni zamanda, bu sahəyə depressiya, təşviş problemləri də aiddir. Utancaqlığın özü də psixiatr sahəsinə aid problemdir. Əgər insanlar kütlə qarşısında danışa bilmirsə, həyəcanlanırsa bu problemi psixiatrın köməyi ilə aradan qaldırmaq lazımdır".

 

Orxan Fərəcli qeyd edib ki, psixoloqlar həkim deyil. Onlar baza psixologiya təhsil verən müəssisələrdən məzun olan mütəxəssislərdir.

 

"Onların psixoterapiya ilə məşğul olmaları üçün iki illik klinik psixologiya təhsili almaları vacibdir. Psixoterapiya isə görülən işin adına deyilir. Bir insan psixoterapiya ilə məşğul olursa, psixoterapevt adlanır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...