ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

 

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 15 il keçir.

 

Sfera.az bildirir ki, 2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər.

 

Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.

 

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər.

 

Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

 

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

 

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.

 

2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

 

Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb.

 

Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...