Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Cəmiyyət
21:00 / 29.04.2024
6330
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi "Instagram" səhifəsində paylaşılıb.
"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.