Kataloniya klubu bu oyunçunu SATMAYACAQ: "Onunla vidalaşmaq..."

İdman
17:41 / 29.04.2024
8712
Son zamanlar “Aston Villa”nın “Barselona”nın müdafiəçisi Jules Kounde ilə maraqlandığı barədə xəbərlər yayılıb.
Sfera.az bildirir ki, kataloniyalılar oyunçudan razıdırlar və onunla vidalaşmaq niyyətində deyillər.
Xatırladaq ki, “Barselona” yayda bir mərkəz müdafiəçisini sata bilər.
Belə ki, satılacaq oyunçunun uzun müddətdir “Bavariya” ilə maraqlanan Ronald Araujo olacağı gözlənilir.
Fatimə Lətif