Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO + VİDEO

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO + VİDEO

Bakının Yasamal rayonu Şərifzadə küçəsində parklama yeri kimi istifadə edilən səki piyadalara qaytarılıb.

 

Bu barədə  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

 

“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.

 

Piyada səkisinin parklama yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.

 

İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, – Riyad Qasımov yazıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə səkinin ərazidə yeni restoranı açılmalı olan "McDonald's" restoranlar şəbəkəsi tərəfindən zəbt edildiyi barədə məlumat yayılıb.

 

Sfera.az "McDonald's Azərbaycan"ın mətbuat xidməti ilə əlaqə saxlayıb. Restoranlar şəbəkəsində bu məlumatın həqiqəti əks etdirmədiyi və qeyri-qanuni işlə əlaqələrinin olmadığı bildirilib. Şirkət həmçinin “McDonald's Azərbaycan”ın binanın sahibi olmadığını və mülkiyyətçi ilə icarə müqaviləsi bağladığını qeyd edib.

 

“McDonald's Azərbaycan” şirkəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səkilərin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində atdığı addımları alqışlayır”, - "McDonald's Azərbaycan"ın mətbuat xidmətindən bildirilib.

 


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...