Putinin ŞOK PLANI: 50 gün ərzində bunu edəcək

Putinin ŞOK PLANI: 50 gün ərzində bunu edəcək

Suriya ordusu və müttəfiqlər ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçməsinə qədər – 2017-ci il yanvarın 20-nə kimi Hələbin bütün şərq hissəsinin müxalifət qüvvələrindən almaq istəyir.

Publika.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfindən dəstəklənən və Dəməşq tərəfində vuruşan hərbi ittifaqdakı yüksək vəzifəli məmur bildirib.

"Ruslar Trampın hakimiyyətə gəlişinə qədər Hələb əməliyyatını başa çatdırmaq istəyirlər”, - o deyib. Onun sözlərinə görə, plan Suriya münaqişəsi ilə bağlı ABŞ siyasətinin dəyişikliyinin mümkünlüyü halında risklərin azaldılması üçün hazırlanıb.

Adının anonim qalmasını istəyən məmurun sözlərinə görə, Hələbdə hərbi kampaniyanın növbəti mərhələsi daha mürəkkəb ola bilər. Bu onunla izah edilir ki, ordu və müttəfiqlər hazırda şəhərin ən sıx məskunlaşmış rayonlarını tutmağa çalışır. Müxalifət qüvvələri son bir neçə gün ərzində Hələbin şərqinin üçdə birini itiriblər və daha bir neçə min sığınacaqdan məhrum olub.

İran, Livan və İraqdan olan şiə döyüşçüləri tərəfindən dəstəklənən hökumət gücləri ötən həftə müxalifətin nəzarət etdiyi Hələbə şimali-şərqdən daxil olublar. Əsədi dəstəkləyən yüksək vəzifəli məmur bildirib ki, üsyançıların müdafiə xətti gözlənildiyindən daha sürətlə yarılıb.

Müxalifət gücləri üçün son bir neçə gün 5 illik vətəndaş müharibəsinin ən ağır günlərindən idi. Hələbin şərqinin tutulması Əsəd üçün hazırda ən böyük qələbə olardı. Əsədi İran və Rusiya dəstəklədiyi halda, üsyançıların sözlərinə görə, ABŞ başqa olmaqla xarici müttəfiqləri onları Hələbin şərqində - mühasirəyə alınmış anklavda taleyin ümidinə buraxıblar.

Donald Tramp dəfələrlə bildirib ki, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən müdafiə olunan müxalifəti dəstəkləməkdən imtina edə bilər. O, qeyd edib ki, hətta Suriya da İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa başlaya bilər.

Suriya müxalifətinin nümayəndəsi deyib ki, ABŞ-ın getməkdə olan administrasiyası Suriyaya az diqqət ayırırdı. "Əsəd və onun müttəfiqləri təəssüf ki, cari şəraitdən istifadə etməyə çalışırlar və Qərb ölkələri heç nə edə bilmir”, - o deyib.

Müxalifətin daha bir müttəfiqi olan Fransa isə Hələbdəki vəziyyətin müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili müşavirəsini tələb edib. "Biz döyüş əməliyyatlarına son qoymaq və humanitar yardımın maneəsiz çatdırılmasına nail olmaq üçün dərhal addımlar atmalıyıq”, - Fransanın xarici işlər naziri Jan-Mark Eyro vurğulayıb.

Rusiya isə Təhlükəsizlik Şurasında Dəməşqi cəzalandırmağa çalışan Qərbin bütün cəhdlərini bloklayır.

BMT-nin məlumatına görə, Hələbin şərq hissəsində minimum 250 min dinc sakin dəhşətli humanitar vəziyyətlə üz-üzədir. Ərzaq ehtiyatı tükənir, insanlar qida axtarışları üçün zibilliklərdə eşələnməli olurlar. Hələbin şərqində bütün xəstəxanalar vaxtaşırı bombardmanlara məruz qalırlar. Artilleriya və bombardman nəticəsində müxalifət qüvvələri bazar ertəsi Hələb boyu uzanan magistralda mövqe tutub. Müxalifət hökumət ordusunun bundan sonra daha çətin irəliləyişinə ümid edir.

"İrəliləyiş yoxdur, amma bombardman və döyüşlər əvvəlki kimi sərtdir. Xüsusilə, Hələbin cənubi-şərqində yerləşən Aziz rayonunda”, - Azad Suriya Ordusunun himayəsi altında vuruşan "Cabxa Şamiya” qrupunun nümayəndəsi deyib.(METBUAT/AZ)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...