Ən çox "işıqpulu" verən ölkələr
Dünya
16:36 / 01.12.2016
1115
Ötən gün Tarif Şurasının qərarı ilə istifadə edilən enerji və təbii qaza görə qiymətlər qalxdı
Belə ki, vətəndaşlar bir kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox – 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik ödəniləcək.
Sfera.az moderator.az istinadən dünyada elektrik enerjisini ən baha qiymətə satan ölkələrin siyahısını təqdim edir. Bu ölkələrdə insanlar daha çox "işıq pulu” verirlər:
Dünya üzrə ən çox işıq pulu ödəyən əhali danimarkalılardı. Onlar hər kilovat-saata görə 40 sent ödəyirlər. Danimarkada külək enerjisini inkişaf etdirmək üçün xüsusi tədbirlər planı görülməkdədir.Külək enerjisi hazırda ölkənin enerji təchizatının 20 faizini təşkil edir. Danimarka hökuməti bu rəqəmi 2020-yə qədər 50 faizə çatdırmaq niyyətindədir.
Sıralamanın ikinci pilləsində Almaniya qərar tutur. Burada vətəndaşlar hər kilovat-saata görə 39 sent ödəyirlər.
Almaniya hökuməti alternativ enerji siyasətini ildən-ilə gücləndirmək fikrindədirlər. O səbəbdəndir ki, Günəş enerjisi ən çox bu ölkədə "istehsal olunur”.
Vətəndaşlarına ən bahalı enerji satan üçüncü dövlət isə Cənubi Kiprdir. Ölkədə hər kilovat-saata görə 36 sent ödənilir.
Dördüncü yerdə qərar tutan İrlandiyada bir kilovat-saata görə 32,9, beşinci yerin sahibi İtaliyada isə 32,6 sent ödənilir.
İspaniya, Belçika, İsveç, Avstriya və Portuqaliya isə siyahda 6-10-cu yerləri bölüşdürürlər.
Qardaş Türkiyə bu sıralamada 22-ci yeri tutur.