\"Yuventus\" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU
17:00 / 24.04.2024
6716
Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da irəliləyib (3:2).
Sfera.az bildirir ki, həlledici görüşdə Massimiliano Alleqrinin yetirmələri "Fiorentina" - "Atalanta" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Yuventus" turnirin 22-ci finalına yüksəlib. Bu, çempionatda bütün komandalar arasında ən yaxşı nəticədir. 2023/2024 mövsümünün İtaliya kubokunun finalı mayın 15-də baş tutacaq.
Xatırladaq ki, 33 turdan sonra "Yuventus" 64 xalla üçüncü pillədə qərarlaşıb. "İnter" 86 xalla erkən çempion olub. "Milan" isə 69 xalla ikinci yerdədir.
Fatimə Lətif