Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər yerlərində 356,6 manata, kənd yerlərində 330 manata yüksəlib. 


Sfera.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin gəlirində daha çox paya muzdlu işlə əlaqədar əldə edilən gəlirlər və özünüməşğulluqdan gəlirlər sahibdir. 


Ötən il ay ərzində əldə edilən gəlirin (343 manat) 129,3 manatı (37,7 faizi) muzdlu işlə əlaqədar əldə edilib. Özünüməşğulluqdan gəlirlər isə ay ərzində 113 manat olmaqla ümumi gəlirlərin 33 faizini formalaşdırıb. 


Statistika göstərir ki, əhalinin şəhər yerlərində muzdlu işlə əlaqədar gəlirləri daha yüksəkdir. Muzdlu işlə əlaqədar gəlirlər şəhər yerlərində 164 manat olduğu halda kənd yerlərində 89 manat olub.


Özünüməşğulluqda isə kənd yerlərində əldə edilən gəlirlər daha yüksəkdir. Ötən il hər ay özünüməşğulluqdan kənd yerlərində 145 manat, şəhər yerlərində 89 manat gəlir təmin edilib. 


Əhalinin gəlirlərində pensiyalar üçüncü ən böyük paya sahibdir. İnsanların gəlirində pensiyaların aylıq payı 56,5 manat olub. Müavinət, təqaüd və digər bu kimi sosial ödənişlərdən isə əlavə 10 manat gəlir əldə edilir. 


Azərbaycanda əhalinin gəlirlərində digər ailələrdən alınan vəsaitlərin də payı yüksəkdir. Bu cür gəlirlərin adambaşına düşən məbləği 32,3 manat təşkil edib və dördüncü ən böyük paya sahibdir. Digər ailələrdən və ya şəxslərdən alınan vəsaitin 26,5 manatı ölkə daxilindən, 5,8 manatı ölkə xaricindən göndərilib. 
Əhali ən az gəliri mülkiyyətdən əldə edir. Mülkiyyətdən gəlirlərin adambaşına düşən hissəsi 1,24 manatdır. Bunun 0,82 manatı əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlərdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.   Sfera.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndə...

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...