Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI:

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib. 


O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 

 

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vətəndaş nikahı qanunsuzdur: 

 

“Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR