Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ

Siyasət
12:52 / 23.04.2024
6524
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır.
Sfera.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Firuzə Əliyeva