İlk dəfə qeysəriyyə əməliyyatı ilə meymun dünyaya gəldi - FOTO

İlk dəfə qeysəriyyə əməliyyatı ilə meymun dünyaya gəldi - FOTO

Florida ştatındakı zooparkda nəsli kəsilməkdə olan Bornean oranqutan növü dünyaya gəlib.
 

Sfera.az bildirir ki, Bornean oranqutanlarına yalnız Borneo adasında rast gəlinir və nəsli kəsilmək təhlükəsi altındadır.
 

1,3 kq çəkisi olan yeni doğulmuş dişi meymun qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə meymunun valideynləri Luna və Maju adlı oranqutanlardır. Zoopark işçiləri risk etməmək və təbii doğuşu gözləməmək qərarına gəliblər. Körpə meymun ana bətnində düzgün vəziyyətdə olmayıb.
 

Həm bala, həm də ana meymuna ən yüksək səviyyədə qayğı göstərilməsi üçün bir çox təşkilatdan baytar həkimlər və zooloqlar qrupu əməliyyata nəzarət edib. Bütün hamiləlik boyunca (8,5 ay) mütəxəssislər Lunanın vəziyyətini yaxından izləyiblər. Aprelin 16-da ultrasəs müayinəsindən sonra vaxtın gəldiyinə qərar verilib.


Çox yaxında bala meymun, əməliyyatdan sonra sağalmaqda olan anasına veriləcək. Hələ ad verilməyən meymun balasının qolları və ayaqları hələlik kiçik qalacaq. Körpə oranqutan ağaclara dırmaşmağa başladıqdan sonra əzələləri inkişaf etməyə başlayacaq və bədən hissələri böyüyəcək. Təxminən iki həftədən sonra körpə oranqutan çox güman ki, dik otura və qollarını işlədə biləcək. Doğuşdan bir neçə ay sonra Luna körpəsinə bərk qidalar yeməyə kömək edəcək.

 

Nəsli kəsilməkdə olan Borne oranqutanı
 

Bu primatlara yalnız Borneo adasında rast gəlinir və onlar ciddi təhlükə altındadırlar.


Bornean oranqutanları adətən ağaclarda yaşayır. Onlara tropik ada meşələrində, ovalıq bataqlıqlarda və Borneo dağlarında rast gəlmək olar. Bu növ hazırda Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olanlar siyahısındadır.



Floridadakı “Busch Gardens Tampa Bay” Heyvan Parkı isə Zooparklar və Akvariumların Növlərinin Sağalma Planı Assosiasiyasının bir hissəsidir. Plan nəsli kəsilməkdə olan növlərə kömək etmək, onların populyasiyalarını idarə etmək və ziyarətçiləri maarifləndirmək məqsədi daşıyır.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR