Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı MARAQLI FAKTLAR

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı MARAQLI FAKTLAR

Bu gün vəfat edən Əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub.

 

Sfera.az xəbər verir ki, atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf ifaçısı idi. C.Məmmədov 1973-cü ildən qarmon ifaçısı kimi toylarda, xalq şənliklərində iştirak edib.

 

1983-cü ildən isə qarmon ifaçılığı ilə yanaşı müğənni kimi fəaliyyət göstərib.

 

C.Məmmədov 1987-ci ildən yalnız müğənni kimi fəaliyyətini davam etdirib. Tanınmış müğənni 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.

 

C.Məmmədov evli idi. Bir oğul və bir qız övladı var.

 

Altay


OXŞAR XƏBƏRLƏR