Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.

 

Sfera.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" platformasında bildirib.

 

"Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib", - XİN rəsmisi qeyd edib.

 

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.


OXŞAR XƏBƏRLƏR

David Kameron: Ukraynanın Rusiyanı Qərb silahları ilə vurmaq hüququ var

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron hesab edir ki, Kiyev Rusiya daxilindəki hədəfləri vurmaq üçün Britaniya silahlarından istifadə edə bilər. ...

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT Baş katibinin iql...

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Tokio Universitetinin Atakama Rəsədxanası (TAO) nəhayət rəsmi olaraq öz işinə başlayıb. Bu rəsədxananın konsepsiyası ilk dəfə 26 il əvvəl yapon astronomları tər...

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus...

Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Bakı növbəti beynəlxalq əhəmiyyətli tədbirə- Vl Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Oturuşmuş dünya nizamını ciddi şəkildə təhdid ed...

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

27 aprel – 2 may 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində 41-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş...