Prezident İlham Əliyev köməkçisini təltif etdi
Siyasət
00:00 / 01.12.2016
1830
Azərbaycan prezidenti İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Ə. Əsədov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Əli Əsədov Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.