13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

Təhsil
14:00 / 18.04.2024
8307
"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".
Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinqdə deyib.
"800-ə yaxın təhsilalanın olduğu 5 ümumtəhsil müəssisəmiz var. Onların təlim-tərbiyəsi ilə 100-dən çox müəllim məşğul olur. Tikintisi davam etdirilən 13 ümumtəhsil müəssisəsi var. Gələn il fəaliyyətə başlaması üçün növbəti aylarda 6 müəssisənin də tikintisinə başlanılacaq",- o bildirib.
Firuzə Əliyeva