Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.

 

Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad” nəşri mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, martda “Crocus City Hall”da baş verən terror aktı və sonradan miqrantların saxlanması Daxili İşlər Nazirliyinin rəisi vəzifəsində dəyişikliyə səbəb ola bilər. Nəşrin iddiasına görə, ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır.

 

“Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Bir tərəfdən, onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər. Digər tərəfdən, Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur”, - məlumatda bildirilib.

 

Məqalədə sözügedən posta namizəd ola biləcək başqa adlar da qeyd olunub:

 

“Namizədlərdən biri də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. Rusiya prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin keçmiş qubernatoru Dmitri Mironovun da adı hallanıb”.

 

Ekspertlərin fikrincə isə, Ramzan Kadırovun bu vəzifəni tutması ehtimalı istisna oluna bilməz. Lakin analitiklər bildirir ki, bu, praktiki qərardan daha çox idarənin mövcud strukturları üçün təhlükə ola bilər.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək. Həmin gün Rusiya hökuməti istefa verəcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...