Paşinyan Qazaxla sərhədə GETDİ - YENİLƏNDİ

Paşinyan Qazaxla sərhədə GETDİ - YENİLƏNDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Paşinyanın kənd sakinləri ilə görüşü başa çatıb.

 

***

 

11:30

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.

 

Sfera.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, Paşinyan bu il ikinci dəfə Voskepara gedib.

 

Xatırladaq ki, sözügedən kəndin camaatı ilə əvvəlki görüş rahat keçməyib. İclasın mövzusu Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsi olub. Kənd sakinləri buna öz narazılıqlarını bildiriblər. Paşinyan isə bildirib ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq. Nikol Paşinyan həmçinin, son mətbuat konfransında bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz...

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini TƏSDİQLƏDİ

Avrop İttifaqı (Aİ) Rusiyaya qarşı hərbi-sənaye kompleksinə, maliyyə və enerji sektorlarına, eləcə də sanksiyalardan yayınmağa təsir edəcək və yeni şəxsi məhdud...

Leysan, dolu, 37° isti - SABAHIN HAVASI

İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda ...

Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir? 

Rusiya-Ukrayna müharibəsində son vaxtlar ATACMS taktiki ballistik raketlərdən istifadə intensivliyi artıb.   Sfera.az xəbər verir ki, 2024-cü ilin i...

Futbol dahisinin DOĞUM GÜNÜDÜR - Messi haqqında MARAQLI FAKTLAR

Futbol dünyasının əfsanəvi adlarından biri - Lionel Messi… O, meydançalarda göstərdiyi qeyri-adi performansla milyonların rəğbətini qazanıb. Texniki baca...

Lənkəranda evdə yaşlı qadın meyiti tapıldı

Lənkəran rayonunda evdə yaşlı qadın meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, Lənkəran şəhəri Balaməmməd küçəsi, 4 ünvanındakı binanın sakinləri...