Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.
 

Sfera.az bildirir ki, qripə səbəb olan qrip virusu ağciyər hüceyrələrini öldürməyə başlayanda, bu hüceyrələr infeksiya ilə mübarizə aparmaq üçün immun hüceyrələrə siqnallar göndərir. Nəzarət altına alındıqda orqanizmi virusdan təmizləməkdə təsirli rol oynayan bu hüceyrə ölümü, nəzarətsiz qaldıqda şiddətli iltihaba və ağciyərlərə ziyan vuraraq ölümlə belə nəticələnə bilər.

 

Yeni araşdırmada tədqiqatçılar iltihaba səbəb olan hüceyrə ölümünü bloklayaraq siçanlarda infeksiyanın gedişatını tərsinə çevirə biliblər. Bir sıra təcrübələrdə, UH15-38 adlı yeni dərmanın, hətta aşağı dozalarda da siçanları qoruduğu bildirilib.
 

Həmçinin məlum olub ki, preparatın yüksək dozaları tərkibində xeyli miqdarda virus olan infeksiyaya qarşı tam qorunma təmin edə bilər.
 

Tədqiqatçılar inkişaf etdirdikləri dərman vasitəsi ilə hüceyrə ölümünü idarə edən RIPK3-ün (reseptorla qarşılıqlı əlaqədə olan protein kinaz 3) iki yolundan birini bloklayıblar. Bunlardan biri (nekroptoz) ciddi iltihaba səbəb olur, digəri isə (apoptoz) bunu etmədən orqanizmin virusa qalib gəlməsinə kömək edir. UH15-38 apoptozdan qorunmaq və nekroptozun başlamasının qarşısını almaq üçün nəzərdə tutulub.
 

Antiviral dərmanların təsirli olması üçün infeksiyanın ilk iki-üç günündə qəbul edilməsi lazım olsa da, tədqiqatçılar UH15-38-in infeksiyanın başlanğıcından 5 gün sonra verildikdə belə fayda verdiyini müşahidə ediblər.Tədqiqatçılar həmçinin düşünürlər ki, siçan təcrübələrinin nəticələri insan təcrübələrinə keçərsə, UH15-38 kimi birləşmələr tənəffüs yollarında ağır simptomlara səbəb olan digər viruslara da müdaxilə edə bilər.



İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR