İran-İsrail gərginliyi hava nəqliyyatında problemlər yaratdı

İran-İsrail gərginliyi hava nəqliyyatında problemlər yaratdı

İranın İsrailə hücumundan sonra bir sıra iri beynəlxalq aviaşirkətlər hava uçuşlarında problemlərlə üzləşib.

 

Sfera.az "Reuters" agentliyinə istinadən xəbərverir ki, son iki gündə ən azı ondan çox aviaşirkət, o cümlədən "Qantas" (QAN.AX), "Lufthansa" (LHAG.DE), "United Airlines", "Air India" və digərləri uçuşları ləğv etməli olub. Mütəxəssislərin fikrincə, bu fasilələr 2001-ci il sentyabrın 11-dən sonra hava nəqliyyatı sahəsində qeydə alınan ən böyük fasilələr olub.
 

Sənaye ekspertlərinin fikrincə, bu, hava nəqliyyatı sektorunda xaotik vəziyyətə gətirib çıxara bilər. Rusiya-Ukrayna hərbi qarşıdurmasının, Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsindən sonra aviadaşıyıcılar artıq davamlı olaraq uçuşlarını və uçuş marşrutlarını nəzərdən keçirib, müəyyən düzəlişlər ediblər.

 

İranın hava məkanını Avropa və Asiya arasında hava nəqliyyatını təmin edən aviaşirkətlər istifadə edir və indi İran ərazisindəki məhdudiyyətlər iki alternativ buraxır: Türkiyə və ya Səudiyyə Ərəbistanı üzərindən uçuşlar.

 

İsrail şənbə günü hava məkanını bağlayıb, lakin bazar günü səhər yenidən açıb.
 

İordaniya, İraq və Livan da öz əraziləri ilə hava nəqliyyatını bərpa ediblər. "Emirates Airlines", "Qatar Airways" və "Etihad Airways" daxil olmaqla Yaxın Şərqin ən böyük aviaşirkətləri uçuş-enmə zolaqlarında düzəlişlərdən sonra uçuşları bərpa edəcəklərini açıqlayıblar.



İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək- Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, sentyabrın...

Əməkdar artist VƏFAT ETDİ

Rusiyanın əməkdar artisti Nina Qrebeşkova vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 94 yaşında dünyasını dıyişib.   Qrebeşkova m...

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.   S...