İran səfiri Çexiya XİN-ə çağırıldı
![İran səfiri Çexiya XİN-ə çağırıldı](https://sfera.az/photo/orginal/2024/04/15/1713194604_snimok-ekrana-2024-04-15-190132.jpg)
19:10 / 15.04.2024
7554
Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalanmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma olub.