Daha dörd komandaya texniki məğlubiyyət verildi

Daha dörd komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Gundem.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Region Liqasının “Neftçala” FK – “Şimal” FK oyununda “Neftçala”nın azarkeşləri oyun ərzində hakimlər briqadasını təhqir etdiyinə, ona hədə-qorxu gəldiyinə, ona fiziki təsir göstərməyə cəhd etdiyinə görə “Neftçala”nın növbəti 3 ev oyunu azarkeşsiz keçiriləcək.

 

U-16 Liqasının “Səbail” FK – “Qarabağ” FK oyununda “Səbail”in baş məşqçisi Elnur Abdullayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun şərti olmaqla 5 oyun cəzalandırılıb.

 

U-14 Liqasının “Ulduz” (Mingəçevir) – “Şorsu” (Şəki) oyunu “Şorsu”nun heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Şorsu” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Azərbaycan Qartalları” FK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Ömər Teyyublu rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

 

U-13 Liqasının “İmişli” FK – “Kürdəmir” FK oyununda “Kürdəmir”in protokolda adı qeyd edilməyən məşqçisi Nahid Vahidov qarşılaşmanın 56-cı dəqiqəsində komandanı meydandan çıxartdığı üçün oyun yarımçıq dayandırıldığına görə “Kürdəmir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-12 Liqasının “Araz Bakı” – “Mübariz” FA oyunu “Mübariz”in heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Mübariz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-10 Liqasının “Talant” FK – “Azart” oyunu “Talant”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Talant” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-14 Qızlar Liqasının pley-off mərhələsinin “Balxurma” (Balakən) – “Ümid” (Gəncə) oyununda “Balxurma”nın baş məşqçisi Fərəc Bulacov texniki zona qaydalarını kobud şəkildə pozaraq baş hakimi qeyri etik ifadələrlə təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.


OXŞAR XƏBƏRLƏR

Messi doğum günündə pərəstişkarlarını torta QONAQ ETDİ

Argentinalı ulduz Lionel Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşını tamamlay...

Qobustanın Sündü kəndinə dolu düşdü - FAKTİKİ HAVA

İyunun 25-i saat 17:30-a olan məlumata əsasən Qobustan rayonu Sündü kəndinə saat 17:11 radələrində güclü leysan yağışla bərabər diametri 15 mm olan dolu düşüb. ...

İlahiyyatçı Hacı Salman SAXLANILDI - Azyaşlı qıza... - YENİLƏNDİ

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.   Sfera.az xəbər verir ki, bu gün Abşeron...

Albaniyanın xarici işlər nazirinin müavini Azərbaycanda səfir OLA BİLƏR

Bu gün Albaniya Parlamentinin Xarici Siyasət Komissiyasında Albaniyanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan hazırda bu ölkənin xarici işlər nazirinin ...

Türkiyə və Ermənistan XİN başçıları münasibətlərin nizamlanmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə Türki...

Sertifikasiya imtahanlarında zəif nəticə göstərən RAYONLAR

Lənkəran-Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər.   Sfera.az x...