SABAH məzunu “Forbes” siyahısında

SABAH məzunu “Forbes” siyahısında

Günay İmanzadə jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısında yer aldı
 

Azərbaycanlı gənc Günay İmanzadə dünyada məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb. O, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Jurnalın Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə sosial təsir” kateqoriyasında yer tutan həmyerlimiz “Metatesk” startapının təsisçisidir. “Metatesk” startapı  6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir. Bu layihə ötən il  “Silikon Vadisi Mentorluğu” proqramına seçilib.

  

Xatırladaq ki,  Günay İmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə innovasiya sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
  

Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. 2017-ci ildə “Kimya” ixtisası üzrə (ingilis bölməsi) BDU-nun SABAH qruplarını bitirib. 

 

2022-ci ildə  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sahibkarı” nominasiyasının qalibi olub. “Enthouse” layihəsinin həmmüəllifidir. Bu layihə “Texnofest”  yarışması zamanı maraqla qarşılanıb və Türkiyə bazarına çıxış təklifi alıb. Layihə “Texnofest” Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub.  G.İmanzadə “ABB Startup Hackathon”un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Microsoft for Startups” proqramının üzvü, “Google for Startups” akselerasiya proqramının iştirakçısıdır. “Roblox” şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir.  

2018-ci ildə İsveçrənin Federal Texnologiya Universitetində (EPFL- École polytechnique fédérale de Lausanne) çalışıb.  2019-2020-ci illərdə Çinin Beijing  Beynəlxalq Məktəbində (“Beijing International School”)  elm istiqaməti üzrə tədris aparıb.

 

Gənc xanımlarımızın elm, texnologiya, startap fəaliyyətlərində belə yüksək zirvələr fəth etməsi sevindiricidir. Gənc startapçıya axtarışlarında bol uğurlar arzulayırıq.


OXŞAR XƏBƏRLƏR

Aparıcının azyaşlı qızının ölüm səbəbi açıqlandı - Yaxınları danışdı + VİDEO

Xəbər verdiyimiz kimi, Səbail rayonu, İzzət Nəbiyev küçəsində yerləşən özəl bağçaların birində 2 yaşlı uşaq həyatını itirib.   Sfera.az-ın məlumatına...

Naomi Kempbellə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq QADAĞAN EDİLDİ

54 yaşlı britaniyalı supermodel Naomi Kempbell qurduğu yoxsulluqla mübarizə xeyriyyə təşkilatı olan “Fashion for Relief”in qəyyumluğundan beş il müd...

ABŞ-nin 6 ştatında fövqəladə vəziyyət elan edildi

"Helen" tropik qasırğası ABŞ-nin cənub-şərqini vurub: altı ştatda fövqəladə vəziyyət elan edilib, üç milyona yaxın istehlakçı işıqsız qalıb.   ...

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı Timur Firudin oğlu Məmmədov təyin olunub.   Sfera.az xəbər...

Zelenskinin ofisi Trampla görüşün təfərrüatlarını açıqladı

Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşü zamanı ona “qələbə planı” adlanan planı təqdim edib, cəbhədəki vəziyyət və Ukra...

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Fərhan əs...