Səs-küylü görüşü araşdırmaq üçün komissiya yaradıldı

Səs-küylü görüşü araşdırmaq üçün komissiya yaradıldı

Dünya Güləş Birliyi (UWW) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 74 kq-da Turan Bayramov - Frank Çamizo (İtaliya) görüşünü araşdırmaq üçün işləri davam etdirir.
 

Sfera.az İdman.Biz-ə istinadən bildirir ki, bunun üçün 2 - müstəqil və ayrı komissiya yaradılıb.

 

Onlar şəffaf şəkildə hakimlərin işini və görüşün analizini aparacaqlar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olacaq.

 

Bundan əlavə, UWW İntizam Palatasının sədri korrupsiya cəhdi və güləşin bütövlüyünün pozulması iddiaları ilə bağlı davam edən araşdırmanın nəticələrini nəzərdən keçirmək üçün 3 nəfərdən ibarət komissiya təyin edəcək. Bu halda görüləcək intizam tənbehi bu komissiyanın qərarı əsasında veriləcək.

 

Qeyd edək ki, UWW Çamizo ilə Bayramov arasında keçirilən yarımfinal döyüşünün bütün aspektlərini hərtərəfli araşdırmaq və aydınlaşdırmaq əzmində olduğunu açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...