“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə SƏFƏR ETDİLƏR - FOTO

“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə SƏFƏR ETDİLƏR - FOTO

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri işğaldan azad edilən Xankəndi şəhərinə səfər ediblər.

 

Sfera.az Report-a istinadən xəbər verir, onlar şəhərdəki Zəfər Meydanında olublar.

 

Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.

 

Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.

 

Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.

 

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.


OXŞAR XƏBƏRLƏR

Bakı-Qazax yolunda maşın aşdı: yüklər yola səpələndi

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisində...

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.   Sfera.az&nbs...

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xət...

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyan, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, &...

Bəzi fənlər üzrə monitorinq keçiriləcək - Nazir əmr imzaladı

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və...

İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibə verib.   Sfera.az müsahibəni təqdim edir: ...