Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 29-u ilə müqayisədə 0,42% bahalaşaraq 1,7318 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8278 manatdan 1,8417 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5046 manatdan 0,5077 manatadək bahalaşıb.

Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1383 manatdan 2,1622 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6830 manatdan 0,6845 manatadək bahalaşıb.

 

 
 
 
 

 

OXŞAR XƏBƏRLƏR