MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum oldu
![MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum oldu](https://sfera.az/photo/orginal/2024/04/12/1712918627_118fc90d-4b8e-35cb-8663-57bee951fa1b_850.jpeg)
Siyasət
15:20 / 12.04.2024
4894
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - o vurğulayıb.