Ceyhun Bayramov Belarus XİN başçısı ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Ceyhun Bayramov Belarus XİN başçısı ilə GÖRÜŞDÜ - FOTO - YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında potensial sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Xüsusilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.

 

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd ediblər.

 

Bununla yanaşı, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma, turizm sahələri də daxil olmaqla, iqtisadiyyatın digər istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 

İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazirlər, iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası komissiyanın 15 may 2023-cü ildə baş tutmuş 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıblar.

 

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə məlumat verilib, bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndirilib.

 

Nazirlər həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma məsələlərini, Belarusun prosesə mümkün töhfələrini müzakirə ediblər. Nazir Ceyhun Bayramov həmkarı həmçinin bölgədə mövcud mina təhdidi barədə ətraflı məlumatlandırıb.

 

Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

11:05

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

 

Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...