İbrahim Tatlıseslə problem yaşayan oğlu xəstəxanalıq oldu: "Təəccüblənmədim..." - FOTO

Maqazin
15:38 / 11.04.2024
20466
İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, son vaxtlar atası İbrahim Tatlıseslə yaşadığı problemlər səbəbindən tez-tez gündəmə gələn Ahmet Tatlıses xəstəxana otağından foto paylaşıb.
"Adətən bayramlarda xəstələnirəm. Bu dəfə də təəccüblənmədim. Allah darda olanlara və xəstələrə kömək olsun", - o bildirib.
Tatlısesin müalicəsinin bayram boyu xəstəxanada davam edəcəyi qeyd edilib.
Xatırladaq ki, Ahmet Tatlıses keçən il beyin əməliyyatı olunub.
Asya