Dərinizin gənc və gözəl qalmasını istəyirsinizsə, BUNLARI YEYİN - SİYAHI

Dərinizin gənc və gözəl qalmasını istəyirsinizsə, BUNLARI YEYİN - SİYAHI

Dərinin gözəlliyi üçün insanlar külli miqdarda pul xərcləyirlər. Bunun üçün bahalı prosedurlar etdirir və bahalı kremlər alırlar. Mütəxəssislər isə hesab edirlər ki, gözəl dəriyə sahib olmaq üçün çox pul xərcləməyə ehtiyac yoxdur. 


Sfera.az xəbər verir ki, mütəxəssislərə görə, bunun yolu düzgün qidalanmadan keçir. 


Avakado, yerkökü, balqabaq və kələm kimi tərəvəzlər təbii antioksidantlar və A vitamini ilə zəngindir. A vitamini çatışmazlığı dərinin və dodaqların qurumasına səbəb olur. 


Qoz və fındıq kimi çərəzlər E vitamini ilə zəngindir. E vitamini də özlüyündə dəridə qocalmanı ləngidir. Eyni zamanda dərini ultrabənövşəyi şüalardan qorumağa kömək edir. Həmçinin qoz omega3 yağ turşusu ilə zənginliyinə görə seçilir.


Dəniz məhsulları sinklə zəngindir və bu qidalar dərinin regenerasiyasi üçün vacibdir.


Su dəri üçün ən vacib eleməntlərdən biridir. Gün ərzində ən azı 1,5-2 litr su içməyimiz mühümdür.


C vitamini ilə zəngin qidalar da dərinin parlaqlığını artırır. Qida rasionunda portağal, naringi kimi meyvələrə üstünlük vermək lazımdır.


Asya
 


OXŞAR XƏBƏRLƏR