40 yaşdan sonra qadınlarda və kişilərdə yaranan dəyişikliklər - MARAQLI ARAŞDIRMA

40 yaşdan sonra qadınlarda və kişilərdə yaranan dəyişikliklər - MARAQLI ARAŞDIRMA

40 yaşa çatan zaman həm qadınlarda, həm də kişilərdə müəyyən narahatlıqlar yaranmağa başlayır. 


Sfera.az xəbər verir ki, qadınlarda "Balzak yaşı", kişilərdə isə "40 yaş sindromu" adlanan bu dövrdə bədəndə bir sıra dəyişikliklər baş verir. 40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ölən hüceyrələrin sayı ilə bərabər olur. 40 yaşdan sonra isə ölü hüceyrələrin sayı artmağa başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verir.

 

Bu yaş dövründə maddələr mübadiləsi pozulmağa başlayır və bu da onkoloji problemlərin yaranmasına səbəb olur. Bu yaşdan sonra orqanizm asanlıqla mineral və vitaminlər itirməyə başlayır. Nəticədə isə insanlarda ətraf mühitdə baş verənlərə qarşı dözümlülük azalır. Həmçinin bu yaşda insanlarda ən çox ürək-damar xəstəlikləri yaranır.

 

Qadınların bu yaşdan sonra ana olma ehtimalı azalır. Bu yaşlarda olan qadınların bədəni klimaks dönəminə hazırlaşır. Bu dövrdə qadınlar daha çox həssas olurlar və qadınların psixologiyasında bir sıra dəyişikliklər olur. Görünüşlərini və geyim tərzlərini dəyişirlər. Bu dövrdə insanlar yeni hobbilərlə 40 yaş sindromuna qalib gələ bilərlər.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR