Çində 4,8 maqnitudalı zəlzələ oldu
![Çində 4,8 maqnitudalı zəlzələ oldu](https://sfera.az/photo/orginal/2024/04/10/1712757493_66169582e997966169582e997a1712756098c7c3e78e3c9d26cc1158a8735d548eaa.jpg)
Dünya
18:10 / 10.04.2024
5272
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar Rayonunda 4,8 maqnitudalı zəlzələ olub.
Sfera.az-ın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18.57 radələrində baş verən zəlzələnin ocağı Aksu dairəsində, 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.(apa)