Ukraynanın gələcəyi ilə bağlı TƏHLÜKƏLİ EHTİMAL: “İki yerə bölünəcək və ya...” - İDDİA

Ukraynanın gələcəyi ilə bağlı TƏHLÜKƏLİ EHTİMAL: “İki yerə bölünəcək və ya...” - İDDİA

“Ukraynanın iki yerə bölünmək təhlükəsi var”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O iddia edib ki, Rusiya şərqdə Donbası və Luqanskı ləğv edib, yeni Ukrayna dövləti elan edə bilər:

 

“Qərbdə bəzi liderlər Ukraynada təhlükəsizlik buferi yaratmaq üçün onun iki yerə bölünməsində maraqlıdır. Hesab edirlər ki, Rusiya bununla dayanacaq. Amma Moskva bununla kifayətlənməyərək Baltikyanı ölkələr və Polşaya da əl atacaq. Sonrakı proseslərdə Mərkəzi Asiya ölkələri olacaq. ABŞ-də seçkilər, Avropada Almaniya və Fransa arasında geosiyasi maraqların toqquşması Ukraynanı məğlub edə bilər”.

 

Ekspert bildirib ki, Qərb Ukraynaya yalnız müdafiə oluna biləcəyi silahları verir:

 

“Görünür, Qərb liderləri Ukraynanın parçalanmasında maraqlıdır. ABŞ-də Donald Tramp hakimiyyətə gələrsə, Ukraynaya yardımlar tam dayana bilər. Eyni zamanda Ukrayna məsələsinin Avropanın öhdəliyinə buraxılması mümkündür. Avropa liderləri isə Ukraynanın iki yerə bölünməsinə qərar verə bilər, əsas odur ki, Rusiya Qərbi Avropaya toxunmasın. ABŞ Ukraynada geri çəkilərsə, beynəlxalq fövqəl dövlət nüfuzunu itirəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...