Bu ölkədə təhsil alanların diplomları TANINMAYACAQ - Abituriyentlərin DİQQƏTİNƏ!

Təhsil
12:10 / 09.04.2024
5328
"Ukraynada təhsil almağı məsləhət görmürük".
Sfera.az xəbər verir ki, bunu TKTA-nın departament direktoru Aysel Kərimli deyib.
O bildirib ki, bəzi abituriyentlər Ukraynadakı müharibə vəziyyətindən sui-istifadə edir:
"Biz sadəcə Ukraynada müharibə başlayanda sonuncu kursda təhsil alan tələbələrə güzəşt etdik. Lakin indi Ukraynada təhsil almağı tövsiyə etmirik. Çünki abituriyentlər qəbul olur, 1 il sonra Azərbaycana transfer olmaq istəyir. Bu da problem yaradır. Hansı tarixdən etibarən Ukraynada təhsil alanların diplomlarının tanınmayacağını yaxın vaxtlarda elan edəcəyik".
Firuzə Əliyeva