Moskva və Pekin RAZILIĞA GƏLDİ: “Putinin də dediyi kimi...”

Siyasət
11:03 / 09.04.2024
3693
Rusiya və Çin Avrasiya təhlükəsizliyi üzrə dialoqa başlamaq barədə razılığa gəliblər.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə danışıqlardan sonra deyib. Lavrov qeyd edib ki, Avrasiya təhlükəsizliyinin formalaşdırılması iki ölkənin də əsas vəzifələrindən biridir:
“Prezident Putin də Federal Məclisə müraciətində bunu qeyd etdi. Mən və çinli dostlarım bu məsələ ilə bağlı digər həmfikirlərimizin də iştirakı ilə dialoqa başlamağa razılaşdıq”.
Onun sözlərinə görə, Rusiya və Çin Avrasiyada təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır. Lavrov Moskva və Pekinin sanksiya tədbirləri problemini BRİKS və ŞƏT çərçivəsində həll etmək niyyətində olduğunu da vurğulayıb.
Günay