Fransa bələdiyyə sədrinin evində 70 kiloqram narkotik aşkarlandı

Fransanın Avallon merinin evində 70 kiloqram narkotik aşkar edilib.
Sfera.az bildirir ki, xanım mer Cəmilə Habsaouinin evindən azı 70 kiloqramııq narkotik tapılıb. Cəmilə Həbsəvi nəzarətə götürülüb. Ümumilikdə polis yeddi nəfəri həbs edib, onlardan ikisi Habsauinin qardaşları olub. Məlum olub ki, qardaşlardan biri narkotik alverinə görə axtarışda olub.
Axtarışlar nəticəsində narkotik vasitələrləyanaşı, polis kokain, pul və qızıl külçələr də ələ keçirib.
Axtarışın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ibtidai istintaq çərçivəsində aparıldığı bildirilir. Jurnalistlər bildirirlər ki, basqının əsas hədəfi məmurun qardaşlarından biri olub. Əməliyyata 75 jandarm cəlb olunub.
KİV-in məlumatına görə, narkotik vasitələr evin yardımçı tikililərindən birində tapılıb. Polis həmçinin Habsaouiyə məxsus aptekdə və yerli bələdiyyə binasında axtarış aparıb. Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları 983 qram kokain, 7000 avro nağd pul və təxminən 20 qızıl külçə ələ keçiriblər.
Hal-hazırda hüquq-mühafizə orqanları Merin cinayətdən xəbəri olub-olmadığını müəyyən etməyə çalışırlar. 6 min sakinin yaşadığı şəhərdə həbs böyük səs-küyə səbəb olub.
"Mən bunun zarafat olduğunu düşündüm, “Facebook”da tez-tez saxta xəbərlərə rast gəlirik axı"-deyə yerli sakinlərdən biri yazıb.
Aysel
Sfera.az