Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi

Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi

Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər.


Sfera.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb.

 

"Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.

 

Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət – sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib.

 

Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası DƏYİŞDİ

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnaməyə dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qəra...

Azərbaycan XİN Sloveniyanı TƏBRİK ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sloveniyanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə he...

Avropa İttifaqı Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başladığını ELAN ETDİ

Ukrayna və Avropa İttifaqı Kiyevin birliyə qoşulması ilə bağlı uzunmüddətli danışıqlar prosesinə başlayıb.   Sfera.az RİA Novosti-yə istinadən xəbər ...

2030-cu ilədək bu işçilərin 60 faizini robotlar ƏVƏZLƏYƏCƏK

Tesla korporasiyası Optimus Gen 2 robotlarının qiymətini açıqlayıb.   Sfera.az xəbər verir ki, investor görüşü zamanı şirkət rəhbərləri Optimus Gen 2...

Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ

Gözlənilən yağıntılarla əlaqədar iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək çaylarda sululuğun artacağı gözlənilir.   ...

Komadan ayılan oğlan Çin dilində danışmağa BAŞLADI

Avstraliyanın Melburn şəhərindən olan 22 yaşlı Ben MakMahon dəhşətli avtomobil qəzası keçirərək, komaya düşüb. Komadan ayıldıqdan sonra o, qəfil Çincə danışaraq...