Tovuzda kənd sakinini əqrəb sancıb
![Tovuzda kənd sakinini əqrəb sancıb](https://sfera.az/photo/orginal/2024/04/07/1712514859_1712512154_263773404_934720110484031_4423100602773199735_n.jpg)
Hadisə
22:15 / 07.04.2024
9766
Tovuzda kənd sakinini əqrəb sancıb.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.
Kənd sakini 24 yaşlı Aygün Hacıyeva yaşadığı evdə yorğan-döşəklərini sahmana salarkən onu ayaq nahiyəsindən əqrəb sancıb.
Yaralı dərhal ailə üzvilərinin köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir.