Goraboyda 19 yaşlı oğul anasını öldürdü

Goraboyda 19 yaşlı oğul anasını öldürdü

Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Goranboy rayon Prokurorluğundan bildirilib.

 

Aprelin 7-də saat 17 radələrində Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Metronun bu xəttində hərəkət qrafiki dəyişdirilir - RƏSMİ

Sabahdan "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.   Sfera.az bu barədə səhmdar cəm...

Bu tələbələrin NƏZƏRİNƏ! - Müraciət edin...

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələrə müraciət edib.   Sfera.az-a Agentlikdən ver...

Vergitutma bazasının aşınması ilə bağlı Çoxtərəfli Konvensiya təsdiqləndi

Prezident İlham Əliyev “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçir...

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəz...

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini TƏSDİQLƏDİ

Avrop İttifaqı (Aİ) Rusiyaya qarşı hərbi-sənaye kompleksinə, maliyyə və enerji sektorlarına, eləcə də sanksiyalardan yayınmağa təsir edəcək və yeni şəxsi məhdud...

Leysan, dolu, 37° isti - SABAHIN HAVASI

İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda ...